Yaxın Şərq
HƏMAS İsraillə BELƏ ANLAŞDI: "150 fələstinli məhbusla..."
HƏMAS hərəkatı İsraillə barışıq şərtlərinə əsasən, gündə 10 israilli girovu azad etmək niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə Livanın "Al Shark" qəzeti saziş layihəsi ilə tanış olan mənbələrə istinadla məlumat yayıb.
Atəşkəsin beş gün davam edəcəyi qeyd edilir.
"Mümkün birinci mərhələ razılaşması 50-yə yaxın qadın və uşaq girovunun İsrail tərəfindən saxlanılan 150-yə yaxın fələstinli məhbusla dəyişdirilməsini nəzərdə tutur", - məlumatda deyilir.
Bundan əvvəl HƏMAS yaraqlılarının İsraillə 5 günlük atəşkəs müqabilində 50 girovu azad edəcəyini vəd etdiyi bildirilirdi.
ABŞ prezidenti Co Bayden Yaxın Şərqdə münaqişə tərəflərinin girovların azad edilməsi ilə bağlı razılaşmalara çox yaxın olduğunu bildirib.
Xatırladaq ki, İsrailin baş naziri Binyamin Netanyahu İsrail Müdafiə Qüvvələrinin (IDF) ehtiyat batalyonlarından birinə səfəri zamanı girovların azad edilməsi ilə bağlı radikal HƏMAS hərəkatı ilə danışıqlarda irəliləyiş əldə olunduğunu bildirib. Onun sözlərinə görə, tezliklə xoş xəbərlər gözləmək olar.
Hüseyn İbadlı
-
Magazin106:16Murad Dadaşov oğluna toy etdi - VİDEO
-
İdman01:11Tofiq Musayevə yüksək VƏZİFƏ VERİLDİ
-
Sosial00:30Bir ailənin fəryadı: Gəncin ölümünə ambulans səbəb olub? - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgidə emosional yaxınlıq yaşana bilər
-
Avropa6 Dekabr 23:48Naməlum təhdid davam edir - Vilnüs hava limanı yenə bağlandı
-
İdman6 Dekabr 23:36“Sabah”la AFFA arasında QALMAQAL - Klub açıqlama yaydı
-
Magazin16 Dekabr 22:36Zeynəb Xanlarovanın yeni görüntüləri yayıldı - VİDEO
-
Magazin26 Dekabr 22:00Onun mahnısı 2025-ci ilin ən yaxşı hiti seçildi - VİDEO



























.jpg)








.jpg)



