Yaxın Şərq
Fələstinə görə Afina QARIŞDI
Afinanın mərkəzində Fələstinə dəstək məqsədilə keçirilən kiçik mitinq etirazçılarla polis arasında toqquşmaya çevrilib.
Publika.az xəbər verir ki, bu barədə "Newsbreak" portalı məlumat yayıb.
Yunanıstan Kommunist İnternasionalistləri Təşkilatı kimi həmkarlar ittifaqları və solçu partiyaların nümayəndələri anklav əhalisinin müdafiəsi üçün mitinqdə toplaşıblar.
Etirazçılar İsrailin əleyhinə şüarlar yazılmış pankart asıb və daha sonra "McDonald's" restoranının şüşə qapılarını sındırmağa başlayıblar.
“Bir neçə nəfər restorana daxil olub, onların ardınca polis əməkdaşları etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər”, - məlumatda deyilir.
Nəticədə polis iki nəfəri saxlayıb. İtkilər barədə məlumat verilmir.
Hüseyn İbadlı
-
Hadisə13 Mart 23:55Tibb bacısı dedi ki, ciyər kababı al gətir... - Doğuşdan sonra ölən Röyanın qohumları danışdı
-
Elm və təhsil13 Mart 22:06Buraxılış imtahanı sualları ilə bağlı şikayətlərə DİM sədrindən cavab
-
ABŞ13 Mart 20:48Müharibəni sümüklərimdə hiss etdiyim zaman... - Trampdan anons
-
Hadisə13 Mart 20:00Bakıda bu ərazidə yanğın baş verdi - Yeniləndi
-
İnanc13 Mart 19:50Ramazan ayının iyirmi dördüncü günü: İmsak və iftar vaxtı, günün duası
-
Nida Xəbər 13 Mart 18:50Prezident təsdiqlədi: ictimai yerlərdə elektron siqaret çəkənlər...
-
Sosial13 Mart 17:20Bu avtobuslarda yeni qiymətlər müəyyənləşdi
-
Dünya13 Mart 16:52İlbər Ortaylı vəfat etdi



















.jpg)

















