Britaniya İsraili qorumaq üçün Yaxın Şərqə QIRICILAR GÖNDƏRDİ
Bizi izləyin

Yaxın Şərq

Britaniya İsraili qorumaq üçün Yaxın Şərqə QIRICILAR GÖNDƏRDİ

Böyük Britaniya İranın İsrailə hücumu səbəbindən Yaxın Şərqə Kral Hərbi Hava Qüvvələrinə əlavə qırıcılar yerləşdirib.

Publika.az xəbər verir ki, bu barədə “İnterfaks” Britaniya mətbuatına istinadla məlumat yayıb.

Qeyd olunur ki, hərbi təyyarələr İranın pilotsuz uçan aparatlarının buraxılışlarına qarşı çıxmaq və İsraili qorumaq üçün Kiprdəki Britaniya Hərbi Hava Qüvvələri bazasından havaya qalxıb.

Bundan əvvəl Amerika qüvvələri İsrailə doğru uçan bir neçə İran PUA-sını vurub.

Xatırladaq ki, İran aprelin 13-ü axşam saatlarında İsrailə PUA-lar və raketlərlə hücum edib. Sonradan məlum oldu ki , digər dövlətlər, o cümlədən Yəmən də İsrailə PUA-lar buraxıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm