İran bu ölkəni də HÜCUMLA HƏDƏLƏDİ: "Hərəkətə keçərsə..."
Bizi izləyin

Yaxın Şərq

İran bu ölkəni də HÜCUMLA HƏDƏLƏDİ: "Hərəkətə keçərsə..."

Tehran İranın İsrailə hücumuna müdaxilə etməyə çalışacağı təqdirdə İordaniyanı hücumla hədələyib.

Publika.az xəbər verir ki, bu barədə Fars" agentliyi məlumat yayıb.

“İran hərbi qüvvələri İranın İsrailə qarşı cəza hücumu zamanı İordaniyadakı hərəkətləri diqqətlə izləyir. Amman hərəkətə keçərsə, növbəti hədəf özü olacaq", - agentlik mənbəsi bildirib.

O əlavə edib ki, İran əməliyyatdan əvvəl İordaniya və digər Yaxın Şərq dövlətlərinə lazımi xəbərdarlıqlar göndərib.

Xatırladaq ki, İsrail İranın hücumuna əhəmiyyətli və güclü cavab verəcəyini vəd edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm