Bu ölkə Fələstin dövlətini tanımağa hazırlaşır
Bizi izləyin

Avropa

Bu ölkə Fələstin dövlətini tanımağa hazırlaşır

İrlandiya hökumətinin çərşənbə günü Fələstin dövlətini rəsmən tanıması gözlənilir.

Publika.az xəbər verir ki, bu barədə mənbəyə istinadla “Irish Times” qəzeti yazıb.

Adları açıqlanmayan daha iki Avropa İttifaqı ölkəsi tərəfindən Fələstin dövlətinin tanınması ilə bağlı qərarın veriləcəyi də ehtimal edilir.

Keçən bazar günü baş nazir Simon Harris İrlandiyanın ayın sonuna qədər Fələstin dövlətini tanıyacağını bildirsə də, İsraillə diplomatik əlaqələrin mübahisəli bir şəkildə kəsilməsini istəmədiyini bildirib.

Simon Harris daha əvvəl demişdi ki, Fələstin dövlətinin rəsmi olaraq tanınması ilə bağlı “vacib ardıcıllıq” və siyasi proseslər olacaq.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm