Ərdoğan Əsədin mesajına cavab verdi: İmtina etmək üçün...
Bizi izləyin

Yaxın Şərq

Ərdoğan Əsədin mesajına cavab verdi: İmtina etmək üçün...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya lideri Bəşər Əsədin bəyanatlarını şərh edərkən bildirib ki, ölkələr arasında diplomatik münasibətlər qurmaqdan imtina etmək üçün heç bir səbəb yoxdur.

Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Onun sözlərinə görə, Ankaranın Dəməşqin daxili işlərinə qarışmaq məqsədi yoxdur.

İyunun 26-da Suriya prezidenti Bəşər Əsəd bəyan edib ki, Dəməşq Ankara ilə münasibətlər qurmaq üçün Suriya Ərəb Respublikasının suverenliyinə hörmət əsasında bütün təşəbbüslərə açıqdır.

“Diplomatik münasibətlər qurmaqdan imtina etmək üçün heç bir səbəb yoxdur... Bizim Suriyanın daxili işlərinə qarışmaq məqsədimiz yoxdur”, - Türkiyə lideri jurnalistlərə deyib.

Bundan əvvəl KİV-lər Türkiyə və Suriyanın hərbi nümayəndə heyətlərinin Rusiyanın vasitəçiliyi ilə Xmeymim aviabazasında danışıqlar apardıqları barədə məlumat yayıblar. Növbəti görüşün Bağdadda keçirilməsi gözlənilir. Moskva Ankara və Dəməşqə münasibətlərin normallaşdırılması üçün yol xəritəsi layihəsini təhvil verərək, düzəlişlər edə biləcəklərini qeyd edib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm