Enerji
ŞAD XƏBƏR: Sabahdan "Aİ 95" ucuzlaşır - YENİLƏNDİ
SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodunda Avro-5 standartına cavab verən Aİ-95 markalı avtomobil benzini istehsalına başlanılır.
Bu barədə Publika.az-a SOCAR-dan bildirilib.
SOCAR-ın emal kompleksində istehsal olunan məhsulları Avro-5 standartlarına çatdırmaq məqsədilə Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) aparılan yenidənqurma və modernizasiya işlərinin ilkin mərhələsi üzrə işlər tamamlanmaq üzrədir.
Layihənin dizel və benzin istehsalı qurğularının inşası üzrə işlər yekunlaşıb, bir sıra ümumzavod təsərrüfatı qurğuları, texnoloji qurğular istismara verilib. Görülmüş işlər nəticəsində NEZ-də istehsal olunan Aİ-92 və Aİ-95 markalı avtomobil benzinləri artıq Avro-5 standartlarına çatdırılıb.
Bununla da 2014-cü ildən hazırkı vaxtadək ölkədaxili tələbatı beynəlxalq qiymətlərlə idxal hesabına təmin olunan Aİ-95 markalı avtomobil benzini daxili istehsal hesabına təmin ediləcək.
Avro-5 keyfiyyət göstəricilərinə uyğun daxili istehsal olunan Aİ-95 markalı avtomobil benzininin 1 litrinin qiymətinin 15 iyul 2024-cü il tarixindən bazarın konyukturasına uyğun olaraq, 40 qəpik ucuzlaşaraq 1.60 manat olması nəzərdə tutulub.
xxx
20:00
Sabahdan Azərbaycanda "Aİ 95" markalı benzin kəskin ucuzlaşacaq.
Publika.az xəbər verir ki, hazırda "Aİ 95" markalı benzinin bir litrinin qiyməti 2 manat təşkil edir.
Qeyd edək ki, "Aİ 95" markalı benzin xaricdən idxal olunurdu, qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın yaydığı məlumata görə, ölkədə "Azeri Light" markalı neftdən "Ai-95 Euro-5" markalı benzinin istehsalına başlanılıb.
Qeyd edək ki, Azərbaycanda "Aİ 95" markalı benzinin qiyməti sonuncu dəfə 2022-ci il iyulun 13-də 1,6 manatdan 2 manata qalxıb.
Hüseyn İbadlı
-
Hadisə27 Sentyabr 23:55Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu - Yaralılar var
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman27 Sentyabr 19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az27 Sentyabr 18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB27 Sentyabr 17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq27 Sentyabr 17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi
-
Nida Xəbər 27 Sentyabr 17:10Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq













.jpg)



.jpg)

















.jpg)

