İdman
İngiltərə millisi 1/4 finalda - YENİLƏNDİ
Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən İngiltərə - Slovakiya matçına yekun vurulub.
Publika.az xəbər verir ki, qarşılşamanın 25-ci dəqiqəsində İvan Şrants Slovakiya yığmasını hesabda önə çıxarıb.
Ancaq komanda üstünlüyü sona qədər qoruya bilməyib. 90+5-ci dəqiqədə Cud Bellingem İngiltərə millisinin bərabərlik qolunu vurub. Qarşılşamanın 90 dəqiqəsi heç-heçə bitdiyindən əlvə 30 dəqiqəlik vaxta ehtiyac duyulub. 91-ci dəqiqədə Harri Keyn İngiltərə millisinin ikinci qolunu vurmağa müvəffəq olub. Beləliklə komanda 1/4 final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, İngiltərə yığması 1/4 finalda İsveçrə ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 6-da Düsseldorfda keçiriləcək.
xxx
22:24
Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən İngiltərə - Slovakiya matçında əlavə vaxtda İngiltərə hesabda irəli çıxıb.
Publika.az xəbər verir ki, Harri Keyn 91-ci dəqiqədə komandasını hesabda önə çıxarıb.
Cud Bellingem 90+5-ci dəqiqədə İngiltərə millisinin bərabərlik qolunu vurub və matçın 90 dəqiqəsi 1:1 hesabı ilə bitib. Slovakiya yığmasından İvan Şrants 25-ci dəqiqədə fərqlənib.
21:58
Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən İngiltərə - Slovakiya matçında əlavə vaxt oynanılacaq.
Publika.az xəbər verir ki, Cud Bellingem 90+5-ci dəqiqədə İngiltərə millisinin bərabərlik qolunu vurub və matçın 90 dəqiqəsi 1:1 hesabı ilə bitib.
Slovakiya millisinindən İvan Şrants 25-ci dəqiqədə fərqlənib.
xxx
20:36
Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən İngiltərə - Slovakiya matçında hesab açılıb.
Publika.az xəbər verir ki, İvan Şranz 25-ci dəqiqədə Slovakiya yığmasını hesabda önə çıxarıb.
Qeyd edək ki, matçı türkiyəli referi Halil Umut Meler idarə edir.
xxx
20:00
Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində günün ilk - İngiltərə - Slovakiya matçı start götürüb.
Publika.az xəbər verir ki, qarşılaşma Helzenkirhen şəhərindəki "Feltins Arena"da keçirilir.
Qeyd edək ki, matçı türkiyəli referi Halil Umut Meler idarə edir.
-
Sosial08:24Pensiya ilə bağlı vacib məlumat - 30 min manatı tez almaq üçün…
-
Hadisə06:16Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş
-
İdman05:45Dopinqə icazə verilən ilk turnir: Dünya rekordu qırdı, 1 milyon qazandı
-
ABŞ04:30ABŞ İrana 30 gün vaxt verəcək...
-
Hadisə03:19Dəm qazı faciəsi: Nənə öldü, nəvənin vəziyyəti ağırdır - Foto
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar vaxtıdır
-
Region01:40İranda partlayış səsləri eşidildi
-
Sosial25 May 23:15Bəzi şəxslərə pulsuz mənzillər veriləcək


























.jpg)












