İsrail Qəzza danışıqlarına nümayəndə heyəti göndərir
Bizi izləyin

Yaxın Şərq

İsrail Qəzza danışıqlarına nümayəndə heyəti göndərir

İsrailin baş naziri Benyamin Netanyahu iyulun 25-də Qəzza razılaşması ilə bağlı danışıqları davam etdirmək üçün İsrail nümayəndə heyətinin göndərilməsi barədə göstəriş verib.

Publika.az xəbər verir ki, bu barədə TASS baş nazirin ofisinə istinadla məlumat yayıb.

"Netanyahu gələn cümə axşamı (25 iyul) gələcək danışıqlar üçün danışıqlar üzrə nümayəndə heyətinin göndərilməsini əmr etdi", - məlumtda deyilir.

Netanyahu daha əvvəl demişdi ki, İsrail istənilən vasitə ilə özünü müdafiə etməyə hazırdır və ona hücum edən hər kəs “çox yüksək qiymət ödəməyə” hazır olmalıdır.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm