Bu ölkədə PARTLAYIŞ: İran səfiri YARALANDI - VİDEO
Bizi izləyin

Yaxın Şərq

Bu ölkədə PARTLAYIŞ: İran səfiri YARALANDI - VİDEO

İranın Livandakı səfiri Moctaba Amani şəxsi peycerinin partlaması nəticəsində yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə İranın "Mehr" dövlət agentliyi məlumat yayıb.

“Moctaba Amani peycerin partlaması nəticəsində yaralanıb”, – nəşr bildirib.

Hadisə ilə bağlı ətraflı məlumat verilməyib.

Qeyd edək ki, sentyabrın 17-də Livanda şiə silahlı "Hizbullah" təşkilatının yüzlərlə üzvü və digərləri peycer partlaması nəticəsində yaralanıb. Yerli mediada yayımlanan görüntülərdə Hizbullah üzvlərinin telefon dinləmələri üçün istifadə etdiyi cihazların günün ortasında insanların evlərində partladığı görünür.

Livanın Səhiyyə Nazirliyi Beyrutun cənub ətraflarında və ölkənin digər bölgələrində peycerin partlaması ilə bağlı onlarla hadisədən sonra təcili yardım göstərmək üçün ölkədəki bütün xəstəxanaları maksimum xəbərdarlıq rejiminə keçməyə çağırıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm