Öldürüb-dirildən xəbər: İndi də onun sağ olduğunu deyirlər
Bizi izləyin

Yaxın Şərq

Öldürüb-dirildən xəbər: İndi də onun sağ olduğunu deyirlər

İsrail ordusunun bəyanatına əsasən, Beyrutun Dahiya bölgəsinə edilən hücum nəticəsində "Hizbullah" lideri Həsən Nəsrullahın öldüyünü yazmışdıq .

Publika.az xəbər verir ki, Livan Hərəkatı isə baş katibin ölüm xəbərini təsdiqləməyib.

İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, TSAXAL, Nəsrullahdan başqa, Dahiyaldakı yeraltı bunkerdə Livan qrupunun cənub komandanlığının rəhbəri Əli Karaqi və təşkilatın digər yüksək rütbəli komandirləri də öldürülüb.

Bundan əvvəl də HƏMAS-ın səhra komandiri Əhməd Məhəmməd Fəhdinin Suriyada öldürüldüyü bildirilmişdi.

İsrailin baş naziri Binyamin Netanyahunun müşaviri Dmitri Gendelman məhv edilən “Hizbullah” üzvlərinin fotolarını paylaşıb.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm