“Hizbullah” liderini öldürmək əmrini bu ölkə verib - Pezeşkian AÇIQLADI
Bizi izləyin

Yaxın Şərq

“Hizbullah” liderini öldürmək əmrini bu ölkə verib - Pezeşkian AÇIQLADI

İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, Livanın “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullahı öldürmək əmri ABŞ-dan verilib və Vaşinqton bunun məsuliyyətindən qaça bilməyəcək.

Publika.az xəbər verir ki, bu barədə dövlət başçısı İslam Respublikasının dövlət televizisiyasının efirində söyləyib.

"Dünya unutmamalıdır ki, əmr ABŞ-dan verilib. Amerikalılar heç vaxt məsuliyyətdən qaça bilməyəcəklər", – o vurğulayıb.

Xatırladaq ki, daha əvvəl İsrail Müdafiə Ordusu Nəsrullahın ölümü ilə bağlı məlumat yayıb. Daha sonra təşkilat, lideri Həsən Nəsrullahın ölümünü təsdiqləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm