Yaxın Şərq
Bölgənin və Qərbi Asiyanın gələcəyini onlar müəyyən edəcək - İran XİN
“Biz regionun sabitliyi və təhlükəsizliyinə sadiqik, təcavüzkarlara qarşı sərt davranırıq”.
Publika.az xəbər verir ki, bunu İsrailin hərbi bazalarına raket hücumundan sonra İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib.
"BMT Nizamnaməsinin 51-ci maddəsi ilə müəyyən edilmiş təhlükəsizlik, suverenlik və ərazi bütövlüyünün müdafiəsi hüququ əsasında biz çaşqınlıq içində olan təcavüzkarlara qarşı qətiyyətlə hərəkət etdik”, - deyə o qeyd edib.
“İsrail və onun havadarları bilməlidirlər ki, İran İslam Respublikası qətiyyətlə hərəkət edir. İranın suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə qarşı atılmış addımlar cavabsız qalmayacaq. Bir daha sübut olundu ki, İranın “uzun qolları” istənilən nöqtəyə çata bilər", - deyə Kənani vurğulayıb.
O sonda bildirib ki, bölgənin və Qərbi Asiyanın gələcəyini işğalçılar və təcavüzkarlar deyil, bölgənin əsl sahibləri və orada yaşayan millətlər müəyyən edəcək.
Adəm Abbaslı
-
Kriminal03:13
Əhmədin qətlə yetirdiyi qardaşı ilə FOTOSU YAYILDI
-
Kriminal02:22
Bakıda zavodda kütləvi dava - Bir nəfər ölümcül döyüldü
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Günün ilk yarısı çətin və ağır olacaq
-
Sosial00:00
Qaz limiti artırılır? - AÇIQLAMA / VİDEO
-
Hadisə15 Oktyabr 23:48
DƏHŞƏTLİ HADİSƏ: meşə ərazisi dəniz kimi dalğalandı - ANBAAN VİDEO
-
Magazin115 Oktyabr 23:12
Köhnə "Dəyirman"çılar bir arada - FOTO
-
Nəqliyyat15 Oktyabr 23:00
Bakıda avtobusda gərgin anlar: sərnişinlər marşrutdan düşürüldülər - VİDEO
-
İdman15 Oktyabr 22:48
"Traktor" klubunun sahibindən paniranistlərə ŞİLLƏ KİMİ CAVAB - VİDEO