Yaxın Şərq
İsrailin şimalında “qapalı hərbi zona” YARADILDI
İsrail Müdafiə Qüvvələri ( IDF ) ölkənin şimalındakı üç bölgəni "qapalı hərbi zona" elan edib.
Publika.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, söhbət Manara, İftax və Malkiya ərazilərindən gedir.
Xatırladaq ki, oktyabrın 1-nə keçən gecə İsrail Müdafiə Qüvvələri Livanın cənubunda Livanın "Hizbullah" hərəkatına qarşı məhdud quru reydləri elan edib.
İsrail ordusu sərhədə yaxın kəndlərdə İsrailin əhali mərkəzləri üçün dərhal təhlükə yaradan “lokallaşdırılmış, hədəflənmiş quru əməliyyatları” aparıldığını bildirib. Quru əməliyyatının başlamasından əvvəl Livan ərazisindəki "Hizbullah" hədəflərinə qarşı kütləvi hava zərbələri endirilib.
"The New York Times"ın məlumatına görə, əməliyyatlar kiçik komando qrupları tərəfindən həyata keçirilir, lakin lazım gələrsə, son günlər sərhəddə cəmləşmiş daha böyük qüvvələr Livana gətirilə bilər.
Hüseyn İbadlı
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?