İsrail tanklarını PUA və raketlərdən qorumağın YOLUNU TAPDI
Bizi izləyin

Yaxın Şərq

İsrail tanklarını PUA və raketlərdən qorumağın YOLUNU TAPDI

İsrailin müdafiə podratçısı "Rafael" "Trophy" aktiv tank mühafizə sistemini təkmilləşdirib - zirehli texnikanın yuxarı hissəsi indi pilotsuz uçuş aparatlarından və raketlərən qorunur.

Publika.az xəbər verir ki, bu barədə “Defence News” məlumat yayıb.

Şirkətin nümayəndələri öz yeniliklərini Vaşinqtonda silah sərgisindən əvvəl keçirilən brifinq zamanı nümayiş etdiriblər. Onlar zirehli texnikanın qülləsinə doğru uçan PUA-nı böyük hündürlükdən məhv edən sistemin sınaqdan keçirildiyi videonu nümayiş etdiriblər.

Podratçının sözlərinə görə, sistem on ildən çox əvvəl ilk tətbiqindən bəri çoxsaylı inkişaf dövrlərindən keçib. Lakin o, bu təkmilləşdirmənin necə işlədiyini aydınlaşdırmaqdan imtina edib.

"Trophy" sistemi İsrailin "Merkava Mark 3" və "Merkava Mark 4" tanklarında və İsrailin "Namer" zirehli transportyorunda istifadə olunur. O, həmçinin Amerikanın "Abrams" tanklarında quraşdırılıb və "Stryker" zirehli personal daşıyıcılarında və "Bradley" döyüş maşınlarında sınaqdan keçirilib.

Nəşr qeyd edib ki, 2021-ci ilin fevralında "Rafael" Almaniya ilə "Leopard 2" tanklarını təchiz etmək üçün müqavilə imzalayıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm