180-dən çox sürücü cərimələndi
Bizi izləyin

Nəqliyyat

180-dən çox sürücü cərimələndi

Noyabrın 1-dən bəzi avtomobillərin texniki baxış müddəti başa çatıb.

"Noyabrın 1-dən bəzi avtomobillərin texniki baxış müddəti başa çatıb. Texniki baxışdan keçməyən avtomobil sahibləri isə yol polisi tərəfindən məsuliyyətə cəlb edilir".

Bunu Publika.az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, noyabrın 1-dən bu günə qədər 180-dən çox avtomobil texniki baxışdan keçmədiyinə görə məsuliyyətə cəlb edilib:

“Onların arasında şəxsi minik avtomobilləri, avtobuslar da var. Bəzi avtobuslar digər qayda pozuntuları da nəzərə alınaraq xətdən kənarlaşdırılıb. Müvəqqəti dayanacaqlara yerləşdirilib”.

V.Əsədov bildirib ki, nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 300 manat cərimə olunur.

“Lakin sürücülərə indi də avtomobillərinin texniki baxışdan keçirməsi üçün imkan yaradırıq. Müddət başa çatsa da, bu gün texniki baxışdan keçmək üçün könüllü müraciət edən şəxslər inzibati məsuliyyətə cəlb edilməyəcək. Lakin bu fakt yol polisi tərəfindən aşkarlandığı halda, cərimə tətbiq ediləcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm