Nəqliyyat
Sürücü 1 saniyə fərqlə eyni radara iki dəfə düşdü - Bu necə olur? - - FOTO
Bakı sakini bir saniyə fərqlə eyni radara iki dəfə düşüb. Buna görə də həmin şəxsdən eyni cərimənin iki dəfə ödənilməsi tələb olunur.
Hadisə Bakı-Quba yolunun 138-ci kilometrliyində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini "Subaru-Forester" markalı avtomobillə hərəkətdə olan zaman "Yol hərəkəti haqqında" qanunun 50-ci maddəsinin tələbini pozaraq yolda müəyyən edilən hərəkət sürətinin həddini aşıb və radara düşüb. Sürücüyə eyni radardan 1 saniyə fərqi ilə inzibati xətalar haqqında protokol iki dəfə rəsmiləşdirilib və ünvanına göndərilib.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, sürücünün eyni radara 1 saniyə fərqli ilə düşməsi çox nadir hallarda baş verən texniki səhvdir: "Əgər belə bir hal baş veribsə və sürücünün eyni radara düşməsi ilə bağlı protokol iki dəfə rəsmiləşdirilibsə, həmin protokollardan birinə xitam verilməlidir. Bunun üçün sürücü ya BDYPİ-yə gəlməli, ya da elektron müraciət etməlidir". (report)
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR