• USD 1,7000 0,00% EUR 1,8907 0,00%
    • GBP 2,1838 0,00% RUB 0,0265 0,00%

Deputat aeroportda cərimələndi - FOTO

Deputat aeroportda cərimələndi

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa Heydər Əliyev Beynəlxalq Hava Limanında yaşanan hadisə ilə bağlı sosial şəbəkədə xəbər yayıb.

Deputat Feysbuk səhifəsində bildirib ki, oğlunu Macarıstana yola salmaq üçün bu gün sübh tezdən Heydər Əliyev Beynəlxalq Hava Limanına gedib.

Oğlu “Wizz Air” şirkətinin təyyarəsi ilə uçmalı imiş: “Bileti 18 gün öncə almışdım və sərnişinin oturacaq yeri də dəqiq təyin olunmuşdu. Baqajı təhvil verərkən məlum oldu ki, onlayn qeydiyyatdan keçməmişik. Bildirdim ki, əlimizdə bilet və dəqiq oturacaq yeri olduğu halda, niyə qeydiyyatdan keçməliyik və bu barədə bilet alarkən niyə xəbərdarlıq edilməyib?

Şirkətin təmsilçisi Elnarə adlı xanım cavab verdi ki, bu qaydanı şirkət müəyyən edib və 30 avro məbləğində cərimə ödəməlisiniz. Bunun yanlış olduğunu və müştəridən əsassız vəsait almaq məqsədi güddüyünü söylədikdə, xanım qayıtdı ki, xoşunuz gəlmirsə, bizim təyyarədə uçmayın.

Hər şeyi bir tərəfə qoydum, daha çox xanımın işlədiyi şirkətin imicinə nə qədər zərbə vurduğunu bir anlığa düşündüm. Adətən, Türk Hava Yollarında, eləcə də bizim AZAL-da hər dəfə bu sözlər yaddaşımda qalır: “Bizimlə uçduğunuza görə təşəkkür edirik”. Bu xanım isə sərnişinə kobud formada deyir ki, “xoşunuz gəlmirsə, uçmayın!” Pulu ödəyib uşağı yola saldım, ancaq bu məsələni araşdırmağa çalışacağam, çünki başqa insanlara qarşı da şirkətin bu cür addımlar atması mümkündür”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR