Nəqliyyat
Bakıda taksilər ancaq bu ünvanlarda dayanacaq
"Bakı şəhəri ərazisində Bakı Nəqliyyat Agentliyi (BNA)
tərəfindən 170 taksi dayanacağı müəyyənləşdirilib. Hazırda müəyyən
olunan taksi dayanacaqlarına pasportlar verilir. İndiyə qədər
Agentlik tərəfindən 79 belə dayanacaq pasportlaşdırılaraq taksi
sürücülərinin ixtiyarına verilib".
Publika.az xəbər verir ki, bunu BNA-nın mətbuat
xidmətinin rəhbəri Mais Ağayev bildirib.
Onun sözlərinə görə, hazırda şəhərdə aparılan təhlillər nəticəsində
müxtəlif ünvanlardan pərakəndə şəkildə duracaq kimi istifadə edən
taksilər üçün xüsusi yerlər müəyyənləşdirilir.
"Əvvəl taksilər harada gəldi dururdular. Artıq biz taksilərin
dayanmaları üçün xüsusi yerlər müəyyənləşdirmişik. Məsələn, Qara
Qarayev prospekti boyunca 10 yerdə belə dayanacaqlar var.
Ümumilikdə 170 yerdə taksi dayanacağı müəyyənləşdirilərək
nişanlanıb. Bunların bir hissəsi artıq pasportlaşdırılıb,
qalanların da pasportlaşdırılması davam edir", - deyə M. Ağayev
bildirib. (virtualaz.org)
-
İdman09:12
Bellinqemin sevgilisi Madridi belə valeh etdi - FOTOLAR
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək
-
Qoroskop07:55
Yayda varlanacaq BÜRCLƏR
-
Nəqliyyat07:39
Bu yolda sürət həddi bərpa edildi
-
Maraq dünyası07:25
Eşşəklərə toy etdilər - FOTOLAR
-
Magazin207:10
Sinem Kobalın uğursuz fotoşopu - Elə bir səhv etdi ki... - FOTO
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO