Bir sıra marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirildi
Bizi izləyin

Nəqliyyat

Bir sıra marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirildi

Marşrut xətlərinə dəyişiklik edilib.

Bakıda bir sıra marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən Publika.az-a verilən məlumata görə, Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən şəhər mərkəzi istiqamətinə olan hissəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldığından, həmin yoldan keçən marşrut xətlərinə də müvəqqəti dəyişiklik edilib.

Dəyişikliyə əsasən, H1 (Exspress xətt) 1, 2, 4, 21, 32 və 46 nömrəli marşrut xətləri üzrə avtobuslar təmir işləri bitənə qədər, alternativ olaraq Babək prospekti, Nəcəfqulu Rəfiyev küçəsi, Afiyəddin Cəlilov küçəsi, Fəzail Bayramov küçəsi və İzzət Orucov küçəsindən keçməklə hərəkət istiqamətinə davam edəcəklər. Təmir işlərinə axşam saatlarından etibarən başlanılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm