Nəqliyyat
Sərnişindaşıma ilə məşğul olan şirkətlərə xəbərdarlıq
Bakı Nəqliyyat Agentliyi yay mövsümü ilə əlaqədar müntəzəm marşrutların fəaliyyətinə nəzarətin gücləndirilməsi məqsədilə, sərnişindaşıma ilə məşğul olan daşıyıcı şirkətlərə xəbərdarlıq məktubu göndərib.
Bakı Nəqliyyat Agentliyindən Publika.az-a verilən məlumata görə, məktubda, iqlim şəraiti ilə əlaqədar havanın temperaturunun yüksək olmasını nəzərə alaraq, avtobuslarda havalandırma və soyutma sistemlərinin texniki cəhətdən işlək vəziyyətdə saxlanılması, həmçinin, havalandırma və soyutma sistemi ilə təchiz olunmamış avtonəqliyyat vasitələrində hava şəraitinin isti olması ilə əlaqədar sürücülərin avtobusların qapısını açıq vəziyyətdə idarə etməmələri ciddi şəkildə tapşırılıb.
Həmçinin, yay mövsümü ilə əlaqədar sərnişinlərin çimərlik ərazilərinə daşınmasında fasiləsizliyin təmin edilməsi məqsədilə, avtobus saylarının tənzimlənməsi, sürücülərin müvafiq sərnişindaşıma və yol hərəkəti qaydalarına əməl etmələri barədə lazımi tədbirlərin görülməsi ilə bağlı da daşıyıcılara tapşırıq verilib.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR