Nəqliyyat
Çempionumuzun öldüyü yolda VACİB YENİLİK
İyunun 28-də Masallı rayon sakini Əlifağa Məmmədovun idarə etdiyi "BMW" markalı, 90 XU 928 dövlət nömrə nişanlı maşının 22 yaşlı Reyhan Məmmədovanı vurub öldürdüyü Nobel prospektində yol hərəkətinin təşkili ilə bağlı yeniliklər edilib.
Hadisənin baş verdiyi “SOCAR” yanacaqdoldurma məntəqəsinin qarşısındakı piyada zolağı ləğv edildikdən sonra yolda sürət həddi dəyişdirilib. Belə ki, yol polisi və digər qurumların mütəxəssisləri əraziyə gələrək vəziyyəti dəyərləndiriblər və qərara alınıb ki, 4 zolaqlı yolun bütün hərəkət zolaqlarında sürət həddi saatda 60 kilometr olsun. Halbuki daha əvvəl yolun sol hərəkət zolaqlarında sürət həddi saatda 80 kilometr idi. Nobel prospektindəki elektron məlumat lövhələrində də bütün zolaqlar üzrə hərəkət sürətinin 60 km/saat olduğu qeyd edilib.
Qeyd edək ki, hadisənin baş verdiyi piyada zolağının asfalt rəngli materialla rənglənərək ləğv edilməsi insanların etirazı ilə qarşılanmışdı.
Onu da qeyd edək ki, məlum hadisəni törətmiş sürücü artıq həbs edilib. Qəzada həyatını itirən Reyhan Məmmədova isə dağadırmanma, qayayadırmanma və buzadırmanma üzrə çempion olub. (lent.az)
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Avropa13:37Makron hökumətində təşviş: Xalqın qəzəbinə qarşı 70 minlik ordu səfərbər olundu
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
























.jpg)









