Nəqliyyat
Yol qəzaları və ölüm hallarını azaltmağın çarəsi tapıldı
Hər il yollarda sürücülərin sükan arxasında yorulması səbəbindən 300 mindən çox qəza baş verir. Sürücülərin sükan arxasında yuxulaması qəzaların təqribən 25 faizində faciəli nəticələrə səbəb olur.
Publika.az xəbər verir ki, məhz bu səbəbdən Latviyanın “Creative Mode” şirkəti “STEER” bilərziyi layihəsini həyata keçirmək qərarına gəlib.
Kiçikölçülü qurğu sürücülərin yorulma zamanı yuxulamalarının qarşısını alaraq özlərinin və ətrafdakı insanların həyatını avtomobil qəzası təhlükəsindən qorumağa imkan verəcək.
Trend ola biləcək bilərzik real vaxt rejimində sürücünün ürək döyüntüsünü və dərisinin elektrik keçiricilik qabiliyyətini monitorinq edən 15 ötürücü ilə təchiz edilib. Qurğu sürücünün yorğunluğunun onun həyatı üçün təhlükəli səviyyəyə çatmasını müəyyənləşdirən zaman bilərzik onun əlinə az miqdarda elektrik enerjisi ötürəcək. Bu, insanı yuxudan ayıltmağa və ona özünə gəlməyə kömək edəcək. Cərəyan zərbəsindən sonra orqanizmdə serotonin, noradrenalin və kortizol səviyyəsi yüksəlir, yuxu hormonu melatonin isə, əksinə, azalır.
“STEER” qurğusu sürücünün orqanizminin vəziyyətini daim izləyərək onu təhlükədən qoruyacaq. Akkumulyatoru bir dəfə enerji ilə doldurmaqla bilərzikdən 2 həftə istifadə etmək mümkündür. (Trend)
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI
-
Sosial13:40
Uçuşu idarə edən şəxs etiraf etdi – “Təyyarə Qroznıya enə bilərdi, amma...”
-
Sosial12:55
Bakıdan Aktauya uçan təyyarədə problem yarandı