Nəqliyyat
Yeni yaradılan yol ayrıcı sürücülər üçün qəza şəraiti yaradır - - VİDEO
Paytaxtda çəkilən yeni yol sürücülər üçün qəza vəziyyəti yaradır. Buna səbəb ərazidə quraşdırılan işiqforlar istifadəyə verilmədən yolun açılmasıdır.
Publika.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, yolda yeni yol ayrıcı yaradılsa da, buranı kəsib keçmək mümkün deyil. Çünki ərazidə quraşdırılan işıqforlar işləmir.
Söhbət paytaxtın Xətai rayonunda yeni salınan Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsindən gedir. Burada yeni salınan yolda düzünə hərəkətin mümkün olduqunu göstərən yol nişanları çəkilsə də, Nobel prospektində hər hansı nişan qoyulmayıb. Üstəlik, işıqforlarda buranın tənizmlənməyən yol ayrıcı olduğunu göstərir. Yəni, bulvar istiqamətindən gələn sürücülərə Nobel prospektini kəsib keçməyə icazə verilir. Bunu etmək isə ərazidə potensial qəza vəziyəti yaradır.
Sürücülərin sözlərinə görə, bir neçə günə kimi bu yolda beton maneələrə olub, onlar götürüldükdən sonra bu problem yaranıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, əraziyə qısa zamanda baxış keçiriləcək və yaranan problemin aradan qaldırılması istiqamətində işlər görəcək. Bu zamana kimi sürücülərin həmin yol ayrıcından istifadə etməsi tövsiyə olunmur.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR