Nəqliyyat
“Stalinin yaxtası” Azərbaycana gətiriləcək?
İstismar xərcləri çox olduğundan 2014-cü ildən etibarən restoran kimi fəaliyyət göstərən, 1934-cü ildə hazırlanan “Stalinin yaxtası” adlandırılan “Maksim Qorki” teploxodu “Moskva Çay Gəmiçiliyi” (“MÇG”) şirkəti tərəfindən təxminən 20 milyon rubla satışa çıxarılacaq.
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, yaxtanı almaq istəyənlər arasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin də adı hallanır.
Sözügedən informasiyaları rəsmi şəkildə təsdiqləyən “Moskva Çay Gəmiçiliyi”nin baş direktoru Konstantin Anisimov yaxta ilə bağlı potensial alıcılarla, həm də Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və Nijni-Novqorod administrasiyası ilə danışıqların aparıldığını bildirib:
“1934-cü ildə hazırlanan və uzun müddət restoran kimi fəaliyyət göstərən gəmi azərbaycanlıları xüsusilə eksponat olaraq maraqlandırır. Gəminin göyərtəsi dəniz donanmasına aid muzeyin yaradılması üçün əlverişlidir. Bu il gəminin 160 illiyi qeyd olunacaq".
K.Anisimov onu da qeyd edib ki, digər tərəfdən gəmi ilə maraqlanan Nijni-Novqorod üçün “Maksim Qorki” gəmisi böyük əhəmiyyət kəsb edir:
"Azərbaycandan fərqli olaraq, "Stalinin yaxtası" adlandırılan gəmi yerli istehsaldır. 2018-ci ildə yazıçının 150 illik yubileyi qeyd ediləcək. Hazırda yaxtanın satışı ilə bağlı hər hansı məbləğ üzərində danışıqlar aparmırıq".
“Maksim Qorki” teploxodu 1934-cü ildə “Krasnoye Sormovo” gəmiqayırma zavodunda hazırlanıb. Gəminin xüsusi tarixi əhəmiyyəti ondan ibarətdir ki, bu gəmi, SSRİ lideri İosif Stalinin şəxsi teploxodu olub. Gəmi NKVD-nin Vahid Dövlət Siyasi İdarəsinin hərbi-texniki şöbəsi tərəfindən hazırlanan layihəyə uyğun şəkildə yığılıb. Gəminin uzunluğu 69 metr, eni isə 13 metrdir. Yarandığı dövr üçün rekord sürət həddini (30 km/saatdan yuxarı) toplaya bilib.
Xatırladaq ki, "Stalinin gəmisi" kimi adlandırılan "Maksim Qorki" gəmisinin tarixçəsi də qeyri-dəqiq faktlar üzərində yazılıb. Belə ki, Stalinin həmin gəmidə istirahət etdiyi, Maksim Qorkinin də şəxsən göyərtəsində gəzdiyi iddialarını sübut edəcək dəlillər yoxdur.
Bundan başqa, gəminin restoran kimi fəaliyyət göstərməsi də təsadüfi deyil. 2000-ci illərdə teploxodun mühərrik və naviqasiya sistemində ciddi problemlər yaranır və 130 sərnişinlik, 19 ekipaj üzvü üçün nəzərdə tutulan gəmi sadəcə restoran üçün yararlı olur.
“MÇG” satışla bağlı Azərbaycanın daha çox şansı olduğunu vurğulayıb. Qeyd edilib ki, Nijni-Novqorod şəhər rəhbərliyi teploxodu almaq üçün yox, turistik-muzey layihəsi üçün istəyir.
Könül Cəfərli
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri