Bakının girişində tıxac yarandı - FOTO - (YENİLƏNDİ)
Bizi izləyin

Nəqliyyat

Bakının girişində tıxac yarandı - FOTO - (YENİLƏNDİ)

Hazırda davam edən vəziyyətlə əlaqədar Bakı Nəqliyyat Agentliyini (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Publika.az-a bildirib ki, səhər saatlarına xas olan sıxlıq müşahidə olunur, heç bir qəza halı qeydə alınmayıb:

"Paytaxtın “20 Yanvar” metrostansiyası ətrafında səhər və axşam saatlarında hər zaman sıxlıq olur. Havanın yağışlı olması ilə əlaqədar bu vəziyyət bir az daha gözəçarpan dərəcədə müşahidə edilir. Heç bir problem yoxdur".

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli hazırda yollarda heç bir ciddi problemin müşahidə edilmədiyini bildirib: "Hava şəraiti ilə əlaqədar mərkəzi küçələrdə daim sıxlıq yaranır. Yağıntı ilə bağlı yollarda elə bir problem yaranmayıb. Bu məsələ ilə bağlı ən ciddi problem Binəqədi şosesi, Z.Bünyadov küçəsi ilə Ə.Rəcəbli küçələrinin kəsişməsi idi ki, burada da suyun yığılmasının qarşısını almaq üçün tədbirlər görülüb. Hazırda hər şey qaydasındadır".

***

Bu gün səhər saatlarından başlayaraq Sumqayıt – Bakı yolunda avtomobillərin hərəkətində tıxac yaranıb.

Tıxac paytaxtın girişində - “20 Yanvar” metrostansiyasının qarşısından başlayır və Xırdalan dairəsinə kimi uzanır. Hazırda bu vəziyyət davam edir.

Onu da əlavə edək ki, hazırda paytaxtın əksər küçə və prospektlərində tıxac müşahidə olunur. Nobel prospekti, Yusif Səfərov küçəsi, həmçinin Nərimanov metrosunun ətrafındakı küçələrdə də nəqliyyatın sıxlığı var. (qafqazinfo)

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm