Yol kənarında meyvə satanlar, avtobusla gündə iki dəfə reys edənlər... - Polis HƏRƏKƏTƏ KEÇDİ
Bizi izləyin

Nəqliyyat

Yol kənarında meyvə satanlar, avtobusla gündə iki dəfə reys edənlər... - Polis HƏRƏKƏTƏ KEÇDİ

“Kənd təsərrüfatı nəqliyyatı vasitələri yola çıxarkən yol polisi olaraq onları müşayiət etməyə hazırıq. Bu barədə bizə əvvəldən məlumat verməlidirlər. Belə nəqliyyat vasitələri nasaz olduğu halda onlarla yük daşınması da ciddi təhlükədir”.

Publika.az xəbər verir ki, bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının komandir müavini, polkovnik-leytenant Xosrov Nəcəfov sərnişin və yükdaşıma sahəsində yeniliklər, problemlər və qarşıda duran vəzifələrə həsr edilmiş tədbirdə çıxışı zamanı deyib.

X.Nəcəfov qanunsuz sərnişindaşımadakı və yol kənarında kənd təsərrüfatı məhsullarının satışının yaratdığı problemlərə də toxunub:

“Gürcüstandan Qırmızı körpüdən ticarət məqsədilə mal gətirən vətəndaşlar qeyri-qanunu fəaliyyət göstərən mikroavtobuslardan istifadə edirlər. Bizim kameralar onları izləyir, məlum olur ki, bəzən onlar gün ərzində iki reys edirlər. Gün ərzində bu qədər nəqliyyat vasitəsi idarə etmək təhlükədir. Bizi narahat edən digər məsələ yol kənarında meyvə satışıdır. Çünki bu zaman yolda hərəkət edən avtomobillər saxlayıb, meyvə, tərəvəz alırlar. Lakin bu zaman yolda tıxac yaranır. Bununla bağlı yerli icra nümayəndələri ilə görüşlər keçirmişik. Sahibsiz mal-qaranın gecə vaxtı yola çıxması nə qədər problemlər yaratdığı bəllidir. Bunlara qarşı mütləq tədbirlər görməlidir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm