Bakının şimal girişində hərəkət iflic oldu
Bizi izləyin

Nəqliyyat

Bakının şimal girişində hərəkət iflic oldu

Bu gün səhər saatlarından etibarən Bakının bir sıra küçə və prospektlərində tıxac və sıxlıq müşahidə edilir.

Publika.az xəbər verir ki, ən gərgin vəziyyət Bakı-Sumqayıt yolunun üzü mərkəzə doğru olan hissəsindədir. Belə ki, magistral yolun Masazır dairəsindən Bakının mərkəzinə doğru olan bütün hərəkət zolaqları üzrə tıxac yaranıb. Yolun bəzi hissələrində avtomobillərin xırda qəzaları və baş verən nasazlıqlar sıxlığın daha da artmasına səbəb olur.

Qeyd edək ki, yeni dərs ilinin başladığı gündən etibarən Bakının əksər hissələrində, Xüsusi ilə mərkəzə gələn yollarda tıxac və sıxlıq müşahidə edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm