DYP sürücülərə müraciət etdi
Bizi izləyin

Nəqliyyat

DYP sürücülərə müraciət etdi

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi (DYP) İdarəsi sentyabrın 20-də keçiriləcək Aşura mərasimləri ilə bağlı sürücülərə müraciət edib.

İdarənin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Vaqif Əsədov Publika.az-a bildirib ki, yol polisi Aşura mərasimi ilə əlaqədar gücləndirilmiş rejimdə işləyəcək: “Məscidlərə və ziyarətgahlara cəmləşən insanlar avtomobillərdən nə qədər az istifadə etsə, o qədər yaxşı olar. Yolun kənarında avtomobilini bir neçə cərgə parkinq edən sürücülər digər hərəkət iştirakçılarına necə maneə yaratdıqlarını və inzibati məsuliyyət daşıdıqlarını bilməlidirlər. Mərasimə qatılmaq istəyənlərə ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edirik”.

Nizam Rza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm