Bakıda avtobus sürücüləri tibbi müayinədən keçirilir
Bizi izləyin

Nəqliyyat

Bakıda avtobus sürücüləri tibbi müayinədən keçirilir

Bakı şəhərində sərnişindaşıma fəaliyyəti göstərən “Xaliq Faiqoğlu” MMC-nin istismar prosesi zamanı qarşıya qoyduğu ən vacib vəzifələrdən biri də yol hərəkəti təhlükəsizliyinə ciddi riayət edilməsi, sərnişinlərin təhlükəsiz mənzil başına çatdırılmasını təmin etməkdir.

Publika.az xəbər verir ki, bu istiqamətdə şirkət rəhbərliyi sürücü heyəti ilə mütəmadi maarifləndirici görüşlər keçirir, işə qəbul prosesi zamanı və ya mövcud sürücü heyətinin sağlamlıq imkanları ciddi şəkildə araşdırılır. Qəbul prosesi zamanı sürücülərdən sağlamlıq haqqında sənədlər, narkoloji test nəticələri tələb olunur, təmir mərkəzində olan tibb məntəqəsində gündəlik reysqabağı tibbi müayinə (alkotest) həyata keçirilir.

Sürücülərin mütəmadi müayinələrdən keçirilməsini təmin etmək məqsədilə “Xaliq Faiqoğlu”MMC ilk özəl daşıyıcı şirkət olaraq Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyə Klinikası ilə əməkdaşlıq müqaviləsi imzalamış və əməkdaşlıq çərçivəsində bütün sürücülərin 11 paramet üzrə narkoloji test müayinələrin keçirilməsi həyata keçirilir. Şirkətin təşkilatçılığı ilə baş tutan müayinələr il ərzində iki dəfə olmaqla mütəmadi şəkildə davam etdirilməkdədir.

Qeyd edək ki, sərnişinlərə təhlükəsiz və nümunəvi sərnişindaşıma xidməti göstərməyi əsas məqsəd elan edən “Xaliq Faiqoğlu” şirkəti Bakı Nəqliyyat Agentliyinin (BNA) bu istiqamətdə daşıyıcı şirkətlər qarşısında qoyduğu tələbləri yüksək səviyyədə təmin etməyə çalışır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm