Nəqliyyat
Bakıya daxil olan yük avtomobilləri bu cür aşkarlanacaq - YENİLİK
Noyabrın 15-dən müəyyən edilmiş saatlarda yük avtomobillərin paytaxta daxil olması xüsusi kameralarla aşkar ediləcək. Bu problemin daha rahat həllinə imkan yaradacaq.
Bu sözləri Publika.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib.
Onun sözlərinə görə, 15 noyabr 2018-ci il tarixdən yük avtomobillərinin Bakı şəhərinə daxil olmaları üçün tətbiq edilmiş məhdudiyyətə əməl edilməməsi, yük avtomobillərinin girişini qadağan edən yol nişanlarının tələbinin pozulması xüsusi texnika vasitəsilə real vaxt rejimində aşkar edilərək elektron qaydada sənədləşdiriləcək.
“Bakı şəhərində nəqliyyat sayı durmadan artır. Hər il sentyabrın 15-dən paytaxt yollarında hərəkət intensivliyi səbəbindən yüklənir. Nazirlər Kabinetinin “Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası”nın 30 iyun 2015-ci il tarixli, 1 nömrəli protokol Qərarında nəzərdə tutulmuş saatlarında Bakı şəhərində yük avtomobillərinin daxil olmasının qadağan edilməsi qərarı effektiv nəticə verir. Lakin bu halların tamilə azalması üçün bu il noyabr ayının 15-dən tətbiq ediləcək yenilik nəzarəti gücləndirəcək”.
Qeyd edək ki, müvafiq qərar əsasən oktyabrın 1-dən mayın 1-dək 07:30-dan 21:00-dək yük avtomobillərinin Bakıya girişi qadağan edilir.
Gülxar
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO