Metropolitendən sərnişinlərə SÜRPRİZ
Bizi izləyin

Nəqliyyat

Metropolitendən sərnişinlərə SÜRPRİZ

“Bakı Metropoliteni”QSC-nin sərnişinlərə yeni il sürprizlərindən olan retro vaqonların qoşulduğu iki qatar xəttə buraxılacaq.

Bu barədə Publika.az-a QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, retro qatarlar dekabrın 29-dan yanvarın 2-dək müəyyən edilmiş qrafiklə xəttə çıxacaqlar. Qatarlardan birinə “A”, digərinə “Q” tipli vaqon qoşulacaq.

Qatarlardan biri səhər saat 10:40-da, digəri isə 17:30-da xətdə olacaq.Qırmızı xətt ("İçərişəhər-Həzi Aslanov") üzrə hərəkət edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm