Lənkəranda təcili eniş edən təyyarə Naxçıvana yola düşüb - (YENİLƏNDİ)
Bizi izləyin

Nəqliyyat

Lənkəranda təcili eniş edən təyyarə Naxçıvana yola düşüb - (YENİLƏNDİ)

Naxçıvan hava limanında əlverişsiz hava şəraiti ilə (şimşək və leysan) əlaqədar olaraq, AZAL-ın J2-253 Bakı (GYD) - Naxçıvan (NAJ) reysində hava gəmisinin kapitanı Lənkəran hava limanına (LLK) enən təyyarə saat 17:00-da Lənkərandan Naxçıvana yola düşüb.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən məlumat verilib.

***

16:39

Naxçıvan hava limanında əlverişsiz hava şəraiti ilə (şimşək və leysan) əlaqədar olaraq, AZAL-ın J2-253 Bakı (GYD) - Naxçıvan (NAJ) reysində hava gəmisinin kapitanı Lənkəran hava limanına (LLK) enmək qərarına gəlib. Təyyarə yerli vaxtla saat 15:08-də ​​təhlükəsiz yerə enib.

Bu barədə Publika.az-a “Azərbaycan Hava Yolları” QSC-yə istinadən məlumat verir.

Reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana çatdırılacaq.

Qeyd edək ki, ehtiyac olduğu təqdirdə, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq zəruri olan hər şeylə təmin ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm