Azərbaycanda sərnişin avtobusunun düşdüyü dəhşətli qəzanın DƏQİQ SƏBƏBİ - TƏFƏRRÜAT
Bizi izləyin

Nəqliyyat

Azərbaycanda sərnişin avtobusunun düşdüyü dəhşətli qəzanın DƏQİQ SƏBƏBİ - TƏFƏRRÜAT

Dünən Lənkəran rayonunda sərnişin avtobusunun aşması ilə nəticələnnə ağır yol qəzasının səbəbi dəqiqləşib.

Publika.az xəbər verir ki, ilkin araşdırmalar zamanı məlum olub ki, avqustun 28-də saat 18:40-da Bəliton kənd sakini Ağayev Ələmdar Şavəli oğlunun idarə etdiyi, ona məxsus şəxsi istifadəsində olan PAZ markalı 43-BA-455 dövlət nömrə nişanlı avtobusun yüksək dağlıq ərazidə yolsuzluq və qapalı şəraitdə əyləc sistemində yaraan nasazlıq səbəbindən aşıb.

Belə ki, istifadə müddəti bitmiş avtobusun əyləc sistemi dağlıq şəraitin yaratdığı narahatlıqların da təsiri ilə taamilə yararsız vəziyyətə düşüb. Nəticədə avtobus yoxuşda olarkən əyləc tutmayıb və avtobus geriyə doğru sürüşməyə başlayıb. Sürücünün cəhdləri nəticəsiz qalıb və nəqliyyat vasitəsi kənddəki evlərdən birinin həyətinə aşıb.

Bildirilir ki, qeyd edilən avtobus vaxtaşırı olaraq kənd camaatını rayon mərkəzindəki bazara aparırmış və axşam saatlarında həmin insanları geriyə-kəndə qaytarırmış. Avtobusda olan sərnişinlərin də hamısı bazardan evlərinə qayıdan insalar olub.

Qeyd edək ki, dəhşətli qəza nəticəsində avtobusun sürücüsü Ələmdar Ağayevin hadisə zamanı dünyasını dəyişib. Avtobusda olan 22 nəfər sərnişin isə xəstəxanaya çatdırılıb. Hazırda onlardan 3 nəfərin müalicəsi xəstəxanada davam etdirilir, digərləri isə müayinədən və tibbi müdaxilədən sonra evə buraxılıb.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm