Nəqliyyat
Bakıda iki adanı birləşdirən yol çəkiləcək
Azərbaycan hökuməti Pirallahı və Çilov adalarını birləşdirəcək və uzunluğu 22 km olacaq yol çəkməyi planlaşdırır.
Bu məsələ “Pirallahı” Külək Enerji Parkının salınması çərçivəsində nəzərdə tutulub.
Parkın ümumi gücünün 198 MVt olması planlaşdırılır. Layihə çərçivəsində hər biri 3,3 MVt gücə malik 60 ədəd külək turbininin quraşdırlması nəzərdə tutulur. Lakin bu rəqəm dəyişə də bilər.
"Layihənin ümumi dəyəri hələ ki, dəqiq qiymətləmdirilməyib. Bunun üçün texniki-iqtisadi əsaslandırma hazırlanmalıdır. Lakin 2017-ci ildə aparılmış təqribi qiymətləndirmə əsasında həmin məbləğin 440 milyon avro olduğu müəyyənləşdirlib” – deyə nazirlikdən bildirilib.
Layihənin reallaşdırılmasına “China Power Engineering Consulting Group Corporation” (CPECC) maraq göstərir və hazırda bu şirkətlə layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanması istiqamətində müzakirələr aparlır.
“Layihənin icrasına başlanılması bu sahəni tənzimləyən normativ hüquqi bazanın formalaşdılırmasından asılıdır. Energetika Nazirliyi bu istiqamətdə tədbirlərn həyata keçirməyə artıq başlayıb. "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanun layihəsi hazırlanaraq rəy və təkliflər üçün aidiyyəti üzrə təqdim edilib”, - deyə qurumdan qeyd olunub.(report)
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi