Nəqliyyat
Pois bu avtomobillərin sürücülərini cərimələyəcək
Azərbaycanda istifadədə olan və karantin müddətində icbari tibbi sığortasının vaxtı başa çatmış nəqliyyat vasitələrinin xüsusi texniki vasitələrlə aşkarlanması dayandırılıb.
Bunu Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, polis polkovniki Kamran Əliyev deyib.
Onun sözlərinə görə, hazırda həmin nəqliyyat vasitələri xüsusi texniki vasitələrlə aşkar edilərək cərimələnmir: "Əgər nəqliyyat vasitəsi hərəkətdə olarkən yol polis inspektoru tərəfindən aşkar edilərsə, o zaman həmin inspektorun cərimə yazmağa ixtiyarı var. Çünki icbari tibbi sığorta şirkətləri fəaliyyət göstərir və nəqliyyat vasitəsi onlayn qaydada icbari tibbi sığorta olunur. Bunun üçün avtomobilin sığorta şirkətinə getməsinə ehtiyac yoxdur. Ona görə də istənilən şəxs nəqliyyat vasitəsini onlayn qaydada sığortalaya bilər".
K.Əliyev bildirib ki, icbari tibbi sığorta müddəti başa çatan nəqliyyat vasitəsi hansısa qəza törədərsə, həmin halda həm qarşı tərəfə dəyən ziyan, həm də həmin avtomobilə dəymiş ziyan ödənilməyəcək. (trend)
-
Rəsmi xronika21:25
Prezidentdən Yeni illə bağlı paylaşım - FOTO
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI
-
Sosial13:40
Uçuşu idarə edən şəxs etiraf etdi – “Təyyarə Qroznıya enə bilərdi, amma...”