Nəqliyyat
Taksilərlə bağlı YENİ QAYDA: Yalnız bu sürücülər... - VİDEO
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən fərqlənmə nişanı alan və əsasən də şəffaf arakəsmə quraşdıran taksi sürücüləri şəhərlərarası sərnişin daşıya biləcəklər.
Publika.az xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, yeni qaydalara əməl edən şəxslər heç bir məhdudiyyət olmadan işləyəcəklər. Taksilərin xidmətindən isə yalnız xüsusi icazə sənədi olan vətəndaşlar istifadə edə biləcək. İcazəsi olmayan vətəndaş taksiyə minsə belə stasionar postlarda düşürüləcək.
Nuridə Allahyarova onu da bildirib ki, şəffaf arakəsmələr iyun ayının 15-dən sonra da tətbiq ediləcək. Digər tələblər isə Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri ilə dəyişə bilər.
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq

































