İtaliyada 200 min insan cəmiyyətdən təcrid olunub: Valideynləri ilə belə danışmırlar
Bizi izləyin

Avropa

İtaliyada 200 min insan cəmiyyətdən təcrid olunub: Valideynləri ilə belə danışmırlar

İtaliyada 200 min insan cəmiyyətdən təcrid olunub: Valideynləri ilə belə danışmırlar

İtaliyada təxminən 200 min insan könüllü sosial təcrid sindromundan - hikikomoridən əziyyət çəkə bilər.

Publika.az xəbər verir ki, bu barədə ANSA agentliyi “Hikikomori Italia” assosiasiyasının təsisçisi, psixoloq Marko Krepaldiyə istinadən məlumat yayıb.

Asılılıq problemləri ilə bağlı parlamentə təqdim edilən illik hesabata görə, 2025-ci ildə İtaliyada 50 mindən çox yuxarı sinif şagirdi altı aydan artıq sosial təcrid şəraitində yaşayıb. Şagirdlərin daha 2,5 faizində isə qapanmanın ilkin əlamətləri müşahidə olunub.

2017-ci ildən indiyədək assosiasiyaya yardım üçün 10 mindən çox müraciət daxil olub.

Bəzi hallarda sosial təcrid o qədər dərinləşir ki, insanlar hətta valideynləri ilə də ünsiyyətdən imtina edirlər. Gənclərdən biri illərlə ailə üzvləri ilə yalnız otağının qapısının altından ötürdüyü qeydlər vasitəsilə əlaqə saxlayıb.

Müəllim: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm