Nazir Kamran Əliyevə DYP-də yüksək vəzifə verdi - (YENİLƏNDİ)
Bizi izləyin

Nəqliyyat

Nazir Kamran Əliyevə DYP-də yüksək vəzifə verdi - (YENİLƏNDİ)

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri, polkovnik Kamran Əliyev yeni vəzifəyə təyin olunub.

Bu barədə Trend-ə K.Əliyev özü məlumat verib.

O bildirib ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Baş Dövlət Yol Polisi İdarəsi rəisinin müavini və Qeydiyyat, İmtahan İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Hazırda idarənin mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat yoxdur.

xxx

08:00

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevə yeni vəzifə verilib.

Publika.az xəbər verir ki, K. Əliyev BDYPİ-nin İmtahan Qeydiyyat idarəsinə rəis təyin olunub.

Qeyd edək ki, Qeydiyyat İmtahan İdarəsinin əvvəlki rəisi, polkovnik İlham Rəcəbov idi. O, bu ilin iyul ayında koronavirusdan rəhmətə getmişdi. (BakuPost)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm