Nəqliyyat
DİQQƏT: Paytaxtın bu yollarında sıxlıq var
Bu dəqiqələrdə paytaxtın əksər küçə və prospektlərində sıxlıq və tıxac müşahidə olunur.
Bu barədə Publika.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
Sıxlıq və tıxac olan yollardan keçən bütün müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr var.
- Ziya Bünyadov prospekti – Çermet körpüsündən "20 Yanvar" dairəsi istiqamətində
- Abdulvahab Salamzadə küçəsi –Ceyhun Səlimov küçəsi ilə kəsişmə (Ziya Bünyadov prospekti və Ak.Həsən Əliyev küçəsi)
- Alı Mustafayev küçəsi - "20 Yanvar" dairəsindən Ziya Bünyadov prospektinə gedən yol
- Abbasqulu ağa Bakıxanov küçəsi –Türkiyə səfirliyi istiqamətində
- Tbilisi prospekti - "20 Yanvar" dairəsi istiqamətində
- Qara Qarayev prospekti –Dakar dairəsi istiqamətində nisbətən sıxlıq
- Rəşid Behbudov küçəsi –Qış parkına qədər nisbətən (Füzuli küçəsinə qədər)
- Yusif Səfərov küçəsi –Heydər Əliyev prospekti istiqamətində
- Heydər Əliyev prospekti –Bağırov körpüsündən Koroğlu metrosu və şəhər istiqamətində köməkçi yol
- Şah İsmayıl Xətai prospekti - Heydər Əliyev prospekti istiqamətində
- Mikayıl Useynov prospekti – Azneft dairəsi istiqamətində
Avtobusların sıxlıqda gecikməməsi və hərəkət intervalının tənzimlənməsi üçün bütün zəruri tədbirlər görülür. Müvafiq küçə və prospektlərdə svetoforlara “yaşıl dalğa” əmri tətbiq edilir. Sərnişin tələbatı yüksək olan istiqamətlər üzrə ehtiyat avtobuslar cəlb edilir.
Qeyd edək ki, ötən həftə ərzində marşrut xətləri üzrə gündəlik sərnişin səfər sayı 1,9-2 mln arasında dəyişib. Ümumilikdə isə xətlərə 2 100-2 200 ədəd avtobus çıxarılıb ki, bu da adi rejimlə müqayisədə 15% çoxdur.
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var


















.jpg)


















.jpg)


