Nəqliyyat
Mingəçevirən Bakıya sərnişin daşıyan mikroavtobus saxlandı
Mingəçevirdə xüsusi karantin qaydalarını pozaraq Bakıya sərnişin daşımağa cəhd edən sürücülər aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, sürücülər, Mingəçevir şəhər sakinləri -Fəqan Rəşidov və Məftun Əhmədov idarə etdikləri “Mercedes” markalı mikroavtobuslarla xüsusi karantin rejimi qaydalarını pozaraq sərnişinləri Bakıya aparmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıblar.
Araşdırma zamanı həmin şəxslərin müəyyən pul müqabilində sərnişinləri Bakı şəhərinə aparacaqlarına dair söz verdikləri məlum olub. Hər iki sürücü Polis Şöbəsinə dəvət olunub. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimələniblər.
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin18 May 19:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı