FHN gəmilərə baxış keçirəcək - CƏDVƏL
Bizi izləyin

Nəqliyyat

FHN gəmilərə baxış keçirəcək - CƏDVƏL

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən 2021-ci il ərzində kiçikhəcmli gəmilərə texniki baxış keçiriləcək.

Publika.az FHN-nin saytına istinadən xəbər verir ki, texniki baxış aşağıdakı cədvələ uyğun keçiriləcək.

Texniki baxışın keçiriləcəyi şəhər və rayonlar Texniki baxışın keçirilmə vaxtı
Şimal regionu üzrə Fevral ayı ərzində
Muğan regionu üzrə Mart ayı ərzində
Cənub regionu üzrə Aprel ayı ərzində
Daxili su hövzələri üzrə Oktyabr ayı ərzində
Bakı şəhəri və Abşeron rayonu üzrə
Ələt-Bibiheybət istiqamətində Hər ayın 2-ci və 3-cü həftəsinin II və III günləri
Zığ-Pirallahı istiqamətində Hər ayın 2-ci və 3-cü həftəsinin II və III günləri
Şimal QRES-Nardaran istiqamətində Hər ayın 2-ci və 3-cü həftəsinin IV və V günləri
Goradil-Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi istiqamətində Hər ayın 2-ci və 3-cü həftəsinin IV və V günləri

Qeyd edək ki, cədvəldə göstərilmiş tarixlər hava şəraiti və gücləndirilmiş karantin rejimi nəzərə alınaraq dəyişdirilə bilər. Həmçinin, çimərlik mövsümü ilə əlaqədar Bakı və Abşeron rayonu üzrə keçirilən texniki baxışlar qismən məhdudlaşdırıla bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm