Bakıda əks yola çıxan avtomobil belə "geri çəkildi" - VİDEO
Bizi izləyin

Nəqliyyat

Bakıda əks yola çıxan avtomobil belə "geri çəkildi" - VİDEO

Bakı şəhərinin Xətai rayonu ərazisində yol hərəkəti qaydalarını kobudcasına pozan avtomobilin görüntüləri yayılıb.

Publika.az xəbər verir ki, Xocalı prospekti ilə Yusif Səfərov küçəsini birləşdirən yolda "Hyundai" sonata markalı avtomobilin sürücüsü əks yola çıxaraq hərəkətini davam etdirib. Bu zaman həmin avtomobili ərazidə xidmət aparan DYP əməkdaşları görüblər və yaxınlaşıblar. Gəldiyi yolda geriyə hərəkət etməyə məcbur olan "Hyundai"nin sürücüsü barəsində daha sonra inzibati protokol tərtib edilib.

Hadisənin görüntülərini təqdim edirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm