Nəqliyyat
DYP-dən sürücülərə xəbərdarlıq - Bunu edənlər cərimələnəcək
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.
İdarədən Publika.az-a daxil olan xəbərdarlıqda deyilir:
"Son zamanlar paytaxt küçələrində intensiv hərəkət müşahidə olunur. Günün pik saatlarında şəhərin mərkəzi küçə və prospektlərində yaranan sıxlıq zamanı sürücülər lüzumsuz olaraq səs siqnallarından istifadə edirlər. Qeyd olunan hal ilk öncə paytaxt sakinlərinin narahatlığına və haqlı narazılığına səbəb olur.
Sürücülərimiz onu bilməlidir ki, “Yol Hərəkəti Haqqında Qanun”un tələbləri çərçivəsində səs siqnalları yaşayış məntəqələrində yalnız yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə istifadə oluna bilər. Əks təqdirdə, bu hal inzibati xəta tərkibi yaradır və sürücülər İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən cərimə oluna bilərlər".
"Bir daha sürücülərdən xahiş edirik ki, paytaxt sakinlərinin, həmçinin yollarda hərəkətdə olan digər şəxslərin hüquqlarının pozulmaması və inzibati məsuliyyətə cəlb olunmamaları üçün bu növ qayda pozuntusu törətməkdən çəkinsinlər”, - müraciətdə bildirilib.
-
Magazin220:24“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - VİDEO
-
İdman19:36Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub etdi
-
MDB19:12Sabiq nazir iki ay müddətinə həbs edildi
-
MDB19:00Qurban Ömərovun 18 yaşlı oğlu məşqdən sonra insult keçirdi
-
Sağlamlıq18:48Ürək üçün ən faydalı üç qida
-
Avropa17:00Süni intellektlə 120-dən çox terrorçu tapdılar
-
Kriminal16:50Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurmasının təfərrüatları məlum oldu - YENİLƏNDİ
-
Magazin216:0368 yaşlı Şeron Stoun tədbirə elə geyimdə gəldi ki... - FOTO












.jpg)


















.jpg)




