Kürdəmirdə qaydaları pozanlar cərimələndi
Bizi izləyin

Nəqliyyat

Kürdəmirdə qaydaları pozanlar cərimələndi

Kürdəmir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları şəhərin küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar reyd keçiriblər.

Publika.az xəbər verir ki, şəhərin müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb.

Dayanma-durma qaydalarını pozan avtomobillərin sahibləri barəsində inzibati protokollar tərtib olunub.

Kürdəmir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi əməkdaşları tərəfindən bu istiqamətdə tədbirlər növbəti günlərdə də davam etdiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm