Nəqliyyat
Minlərlə "Porsche", "Bentley" və "Audi" ABŞ gömrüyündə qalıb

Minlərlə dəbdəbəli avtomobil Çin istehsalı olan hissələrə görə ABŞ Gömrükləri tərəfindən saxlanılıb.
Publika.az xəbər verir ki, yoxlama nəticəsində məlum olub ki, “Porsche”, “Bentley” və “Audi” avtomobilləri – “Volkswagen Group”un lüks brendləri qadağan olunmuş elektron komponentlə təchiz edilib. Bu elektron hissələr Çinin qərbində, Sincan bölgəsində hazırlanıb.
Gömrükçülərin əlində bir neçə min Audi avtomobili, minə yaxın "Porşe" və bir neçə yüz "Bentley" var. İddialara görə, "Volkswagen" hissələrin mənşəyini bilməyib, lakin təchizatçıdan məlumat alan kimi dərhal ABŞ səlahiyyətlilərini xəbərdar edib.
Qeyd edək ki, ABŞ-da Uyğurların məcburi əməyinin qarşısının alınmasına dair xüsusi qanun var (UFLPA). Bu qanun Sincandan idxalı qadağan edir, çünki bölgə uyğurların və digər azlıqların əziyyət çəkdiyini düşünür. Çinin hakim partiyası isə bu ittihamları rədd edib.
"Volkswagen"in Sincan paytaxtı Urumçidə Çinin SAIC şirkəti ilə birgə zavodu var. Alman avtomobil nəhəngi dəfələrlə fəalların hücumuna məruz qalıb.
"Volkswagen" gecikməni həll etmək üçün çalışdığını və həmçinin SAIC ilə işləmək üçün “yeni ssenarilər”i, o cümlədən müəyyən təchizatçılarla münasibətləri dayandırmağı nəzərdən keçirdiyini söyləyib. Şirkət də öz növbəsində üzr istəyib və hər bir müştəri ilə əlaqə saxlamağa söz verib.
Cəmilə

-
Magazin206:16
Nəsrin tərəf müqabili ilə eşq yaşayır? - FOTO
-
Avropa02:12
Bu ölkədə dünyanın ən böyük yeraltı termal gölü tapıldı
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətlərdə diqqətli olun
-
Sosial11 Fevral 23:36
Vəfat edən şəxsin pensiya kapitalını bu şəxslər ala bilər
-
Magazin211 Fevral 23:12
25 yaşlı parlayan ulduz Merilin Monro rolunda - FOTO
-
İdman11 Fevral 21:48
Kadi qayıdışını qolla qeyd etdi - VİDEO
-
Magazin111 Fevral 21:24
Əməkdar artist bu restorandan qovuldu - FOTO
-
Hadisə11 Fevral 19:49
Sahibsiz dana Bakını bir-birinə vurdu - VİDEO