Nəqliyyat
COP29-la bağlı nəqliyyatın idarə olunması üzrə növbəti monitorinqlər keçirildi
COP29 konfransına hazırlıq prosesi çərçivəsində 3 noyabr tarixində növbəti nəqliyyatın idarə olunması üzrə monitorinqlər aparılıb.
Bu barədə Publika.az-a COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.
Qeyd olunub ki, COP29 konfransı keçiriləcək tarixlər ərzində şəhər nəqliyyat proseslərinin səmərəli təşkilinin təmin edilməsi məqsədilə COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən keçirilən monitorinqlər saat 11:00-da başlayaraq saat 13:10-dək davam edib.
Monitorinqlər əsasən paytaxtın Heydər Əliyev prospekti, Zuğulba yolu, Nərimanov, Xətai, Tbilisi, İnşaatçılar və Neftçilər prospektləri, eləcə də, Teymur Elçin, Niyazi, Yusif Səfərov, Mehdi Hüseyn, Dənizkənarı, Zərifə Əliyeva, Üzeyir Hacıbəyli, Kövkəb Səfərəliyeva, Bakıxanov küçələri, həmçinin qismən İstiqlaliyyət küçəsini əhatə edib, sözügedən müddətdə qeyd edilən yollarda nəqliyyatın hərəkətinə qismən məhdudiyyətlər tətbiq edilib.
Xatırladaq ki, cari ay ərzində baş tutan nəqliyyat monitorinqləri zamanı COP29-a məxsus avtobus və avtomobillər, yanğınsöndürmə və təcili tibbi yardım maşınları, eləcə də yüzlərlə COP29 könüllüsü cəlb edilməklə müxtəlif ssenari və istiqamətlər üzrə nəqliyyatın hərəkəti uğurla sınaqlardan keçirilmişdir.
-
Nəqliyyat19:50Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa edilir? - Rəsmi açıqlama
-
Hadisə19:408 yaşlı azərbaycanlı Rusiyada faciəvi şəkildə öldü - Foto
-
Rəsmi xronika18:10İlham Əliyev WUF13-ün açılış mərasimində çıxış etdi - Foto/Video/Yeniləndi
-
Dünya17:26İrandan qeyri-adi QƏRAR: Tramp və Netanyahunu öldürən mükafatlandırılacaq
-
Sosial17:01İlham Əliyev Can Quoçini qəbul etdi
-
Sosial16:33Mehriban Əliyeva WUF13-ün açılış mərasimindən paylaşım etdi
-
Nida Xəbər 15:15Mirziyoyev İlham Əliyevə təşəkkür etdi
-
Maraq dünyası14:22Bu bürcün nümayəndələrinin bəxti gətirəcək - Lap az qaldı











.jpg)


.jpg)



















.jpg)


