İqtisadi gündəm
Qızıl kəskin ucuzlaşdı
"Comex" birjasında (Nyu-York Əmtəə Birjasının bölməsi) cari ilin iyun ayı üçün qızıl fyuçerslərinin qiyməti martın 30-dan bəri ilk dəfə olaraq bir troy unsiyası üçün 4500 dollardan aşağı düşüb.
Publika.az xəbər verir ki, bu barədə ticarət platformasının məlumatları nda deyilir.
Bakı vaxtı ilə saat 05:02-yə olan məlumata görə, bu dəyərli metalın qiyməti 1,43% azalaraq bir troy unsiyası üçün 4496,7 dollara enib. Saat 05:12-yə yaxın isə qızıl fyuçerslərinin ucuzlaşma sürəti zəifləyib və bir unsiya üçün 4507 dollar (-1,2%) səviyyəsində qərarlaşıb.
2026-cı ilin əvvəlində qızılın qiyməti rekord göstəricilər nümayiş etdirsə də, daha sonra kəskin şəkildə düşərək bir troy unsiyası üçün 5000 dollar səviyyəsində dayanıb.
"Fontvielle" investisiya şirkətinin satış və müştəri xidmətləri idarəsinin direktoru Ruslan Spinka bildirib ki, kotirovkalardakı bu cür dalğalanmalar investorların qorunan aktivlərə olan yüksək tələbatı ilə bağlıdır. Ekspertin sözlərinə görə, qiymət artımının obyektv səbəblərlə dəstəklənmədiyini nəzərə aldıqda, burada spekulyativ kapitalın axını müşahidə olunur.
Hüseyn İbadlı
-
MDB13:41Ukrayna daha 3 yaşayış məntəqəsini itirdi - 2 kənd mühasirədədir
-
Ekologiya13:24Bakıda 29 dərəcə isti olacaq - Hava proqnozu
-
Hadisə13:18Bakıda vulkan püskürdü - Yeniləndi(Video)
-
İnanc12:41Daha bir Avropa ölkəsi məktəbli qızların niqab taxmasına qadağa qoydu
-
İqtisadi gündəm12:09Emin Ağalarov: "İnanıram ki, uğur qazanacağıq!"
-
İqtisadi gündəm10:50Prezident: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Nida Xəbər 10:29Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
İqtisadi gündəm10:2530 trilyon dollarlıq qlobal kapitalın Bakı ünvanı: Azərbaycan yeni investisiya mərkəzində




















.jpg)













