Cənubi Qafqaz
İrəvanda Qarabağ qalmaqalı: Paşinyan “Köçəryanı öldürəcəm” dedi - VİDEO
Ermənistanın baş naziri Nikol Paşinyanın seçki kampaniyası zamanı qalmaqal baş verib.
Publika.az xəbər verir ki, Paşinyanın İrəvanın Ərəbkir rayonunda seçicilərlə görüşü zamanı İkinci Qarabağ müharibəsində zabit qardaşı itkin düşən bir qadın baş naziri onun “vətənini oğurlamaqda” ittiham edib.
Paşinyan qadınla söhbət zamanı Qarabağ separatizmini sərt şəkildə tənqid edib: "Ay qaçıb aradan çıxanlar, sizin ümumiyyətlə burada nə işiniz var. Bunlar kimlərdir axı, gəlib indi mənə barmaq silkələyir. Qarabağın yalançı elitası, hamınız rədd olun buradan. Buna bax, deyir ki, Artur Osipyanam (2023-cü ildən öncə Qarabağda məskunlaşmış erməni, o zaman Qarabağda Paşinyanı dəstəkləyən şəxs olub), başınızı vurun divara, gedib övladlarımızın yerinə siz həlak olardınız da.
Talançı heyvanlar. Siz Qarabağ xalqını da girov götürmüşdünüz. İndi gəlib Qarabağ məsələsini qaldırırsınız. Əgər belə Qarabağ məsələsi qaldıransınızsa onda gedib həlak olardınız da. Niyə sağsınız?! Ay alçaq, indi də gəlib mənimlə 5 min nəfər qurban barədə danışırsan, nə üçün sağsan".
“Qarabağ askenti ilə danışanların maskasını çıxaracağam. Robun, Serjin, Qaqonun, Kaluqanın balaları, maskanızı çıxaracam, lazımi yerlərinizi tapdalayacam”, - Paşinyan Robert Köçəryanı, Serj Sarkisyanı, Qaqik Tsarukyanı və Samvel Karapetyanı nəzərdə tutaraq bildirib.
Erməni baş nazir sözlərinə belə davam edib: “Əgər sən Robsansa, Robu və Kaluqanı yıxacağam. Robu həbsə atacağam, öldürəcəym. Maska taxan, Qarabağ ləhcəsi ilə danışan qaçqındırlar. Onlar müharibədən qaçıblar, uşaqlarımızı atıblar”.
Qadın getdikdən sonra Paşinyan kameraya üz tutaraq, revanşistləri hədələməyə davam edib:
"Bəs indi Şahramanyan nə üçün sağdır? Kim sizi qoruyub saxlayır? Qarabağın yalançı elitasından heç kim indi deməsin ki, bəs Qarabağ məsələsi filan... İndi Ermənistanda Qarabağın Milli Məclisi var, Ermənistanda isə Qarabağ hökuməti var. Hamısını kökündən təmizləyəcəm. Vaxtında mübarizə aparardınız ay qaçıb aradan çıxanlar, indi mübarizə aparmaq vaxtı deyil. İndi gəlib burada mənə barmaq silkələməyə cəsarət etməyin!
Robi (R.Köçaryan), Serj (Serj Sarkisyan), Kaluqatsu (Samvel Karapetyan), Qaqonun (Qaqik Tsarukyan) rəhbərlik etdiyi Qarabağın yalançı elitasına deyirəm: sizin kökünüzü kəsəcəm. Alçaqlar, siz nə üçün sağsınız?"
Asif
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu




























.jpg)






.jpg)


