Nəqliyyat
Üztanıma sistemi ilə ödənişdə hər hansı problem yoxdur - ADY
Sosial şəbəkələrdə yeni nəsil şəxsiyyət vəsiqəsi sahiblərinin üztanıma sistemi ilə ödənişdə problem yaşaması kimi edilən paylaşımlara "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən aydınlıq gətirilib.
ADY-dən Publika.az-a verilən məlumata görə, ötən gün Azərbaycanın ictimai nəqliyyatında ilk dəfə dəmir yollarında SİMA Pay – üztanıma ilə istifadəyə verilən ödəniş sisteminin aktivləşdirilməsi üçün “ADY Mobile” tətbiqində “Üztanıma ilə keçin” bölməsinə daxil olaraq müəyyən proseduru keçmək, o cümlədən müvafiq xanaya şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini əlavə etmək lazımdır.
"Müvafiq xanaya AA, AZE seriyaları daxil edilib, bu gün isə AB seriyası da əlavə edilib. Artıq “iOS” sistemi ilə çalışan cihazların sahibləri mobil tətbiqi yeniləməklə qeyd edilən prosedurda AB seriyasını da görə bilər və müasir xidmətimizdən yararlana bilərlər. Tezliklə “Android” sistemi ilə çalışan cizahlarda da AB seriyası aktivləşdiriləcək. Yəni üztanıma sisteminin bu səbəbdən müvəqqəti olaraq aktivləşdirilə bilinməməsi “ödənişdə problem yaranması” demək deyil. Gediş haqqını həm üztanıma sistemi, həm “ADY Mobile” tətbiqi, həm NFC, həm də bank kartları və ADY-nin fiziki kartları (yeri gəlmişkən fiziki kartların balansını onlayn artırmaq imkanı da var) ilə ödəmək mümkündür",- məlumatda bildirilib.
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
























.jpg)















